AZ

"Şahdəniz"dən indiyədək əldə olunan qaz və kondensat həcmi açıqlanıb

Bakı, TurkicWorld

İlk hasilatdan 2025-ci ilin ikinci rübünün sonunadək "Şahdəniz"dən ümumilikdə təqribən 250 milyard kubmetr qaz və 51 milyon ton kondensat əldə olunub.

Bu barədə TurkicWorld bp-yə istinadən xəbər verir.

"Şahdəniz" yatağından hasil edilən təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 3500 km məsafə qət edərək Xəzərdən Avropaya çatdırılır.

Ümumilikdə, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş" 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.
Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı 1999-cu ildə kəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və "Şahdəniz" qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

İlkin qaz satışları 2006-cı ildə başlayıb. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri istifadəyə verildikdən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başlayıb. Beləliklə, Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib.

Seçilən
6
3
turkic.world

4Mənbələr