AZ

Müharibə Ukrayna sərhədini aşdı - Rusiyaya xəbərdarlıq edildi

BAKI, 10 sentyabr. TELEQRAF

“Rusiya PUA-larının Polşaya hücumu Donald Tramp administrasiyasının dərhal Kremlə qarşı sərt sanksiyalar tətbiq etməsi və Ukraynaya hərbi dəstəyi artırması üçün səbəbdir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı konqresmen Co Vilson bildirib.

Konqresmen Rusiyanın Polşaya hücumunu “müharibə aktı” adlandırıb:

“Prezident Trampın Ağ Evdə polşalı həmkarı Karol Navrotskini qəbul etməsindən bir həftə keçməmiş Rusiya NATO müttəfiqi Polşaya İran PUA-ları ilə hücum edir. Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə hərbi cinayətkarların azad və zəhmətkeş insanlara qarşı davam edən səbəbsiz təcavüzünə çevik reaksiyalarına görə minnətdarıq”.

Vilson Tramp administrasiyasını Rusiya hərbi maşınını iflic edə biləcək sanksiyalar qəbul etməyə, həmçinin Rusiya ərazisinə zərbələr endirmək üçün müasir silahları Ukraynaya ötürməyə çağırıb.

“Artıq Ukraynadakı məğlubiyyətlə, ana və körpələri bombalamaqla kifayətlənməyən Putin indi birbaşa NATO torpaqlarında bizim qətiyyətimizi sınayır. Putin bəyan edib ki, Rusiya sərhəd tanımır. Azad və firavan xalqlar Rusiyaya sərhədlərin nə olduğunu öyrədəcək”.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Seçilən
76
teleqraf.com

1Mənbələr