AZ

Pentaqon 14,1 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ ordusu “MQ-9” pilotsuz uçan aparatının (PUA) proqramını inkişaf etdirmək məqsədilə 14,1 milyard dollarlıq müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Müqavilə Kaliforniyadan General Atomics Aeronautical Systems şirkəti ilə bağlanıb və MQ-9 platformasının inkişafı, satınalması, modernləşdirilməsi, texniki dəstəyi və digər prosesləri əhatə edir. Sənəd həmçinin bu dronların Hindistana, eləcə də potensial digər xarici ölkələrə satışını da nəzərdə tutur və 2031-ci ilin sonuna qədər qüvvədə olacaq.

MQ-9 dronu peyk vasitəsi ilə idarə olunur və müstəqil uçuşlar həyata keçirə bilir.

ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında hər birinin qiyməti 17 milyon dollar olmaqla təxminən 200 ədəd MQ-9 dronu mövcuddur.

Seçilən
40
1
ikisahil.az

2Mənbələr