AZ

Maqsud Fərzullayev: İlk dəfə eksklüziv "Formula 1 Çempionlar Klubu" fəaliyyət göstərəcək

BAKI, 10 sentyabr. TELEQRAF

"Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq. Dünyanın ən güclü pilotlarının yenidən Bakıya gələcək. Bizi unudulmaz anlar gözləyir".

Teleqraf xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev deyib.

Qurum rəsmisi azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edib: "Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran Prisi artıq Formula 1 təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv "Formula 1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran Prisini canlı izləmək fürsəti verəcək. Dünyanın ən güclü pilotlarının yenidən Bakıya gələcək. Bizi unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər."

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında təşkil olunacaq. Yarışla bağlı12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr