AZ

21-ci əsrdə Holand kimisi olmayıb - Rekord

Norveç millisinin hücumçusu Erlinq Holand dünya çempionatları tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, ulduz forvard 21-ci əsrə təsadüf edən dünya çempionatlarının seçmə mərhələlərində  tarixi nəticəyə imza atıb.

Məlumatı FIFA-nın mətbuat xidməti yayıb. Holand DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Moldova millisi ilə oyunda (11:1) 5 qol vurub. Beləliklə, 25 yaşlı futbolçu 21-ci əsrdə dünya çempionatının seçmə oyununda pentatrik edən ilk futbolçu olub. Bu, 1977-ci ildən bəri seçmə oyunlarda vurulan ilk pentatrikdir. 48 il əvvəl Avstriya millisinin futbolçusu Hans Krankl Malta ilə oyunda beş qol vurub.

Norveç millisinin heyətində 45 oyuna çıxan Holand son pentatriki hesabına yığmada vurduğu qolların sayını 48-ə çatdırıb.

Mirağa

Seçilən
22
3
fanat.az

5Mənbələr