AZ

Politoloq: Kreml Paşinyanı devirmək istəyənlərə mesaj verir

ain.az bildirir, Sherg.az portalına istinadən.

Açıq-aşkar Rusiyanın Vaşinqton razılaşmasından narahatlığı görünür

“Halbuki, həll olunmamış bir məsələ qalır. O da Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərdir”

Cənubi Qafqazda baş verən son geosiyasi hadisələr, xüsusilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşması regionda maraqları olan güc mərkəzləri arasında ciddi rezonansa səbəb olub. ABŞ-nin vasitəçiliyi ilə imzalanan sənəd, tərəflər arasında uzun illər davam edən münaqişənin aradan qaldırılması baxımından mühüm addım olsa da, bu prosesin xüsusən Rusiyada narahatlıq doğurduğu açıq şəkildə görünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqton razılaşmasına münasibəti və son açıqlamaları Moskvanın bu məsələdəki mövqeyini bir daha ortaya qoyur. Lavrov Vaşinqtonda əldə olunan razılaşmanın guya Moskvanın 2020-2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını iddia edir. Bundan başqa, nazir razılaşmanı şübhə altına alaraq mətndə bütün məsələlərin razılaşdırılmadığını deyir. Lavrov razılaşmaya spektik qiymət verib: "Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişində hələ də ölkələr arasında müzakirələrə səbəb olan bir çox məqamlar var. Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən həvəsli rəylər – bu nidalar sonradan skeptik qiymətləndirmələrlə əvəz olundu. Göründüyü kimi, orada heç də hər şey razılaşdırılmayıb". 

XİN başçısı əlavə edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda işinin əsas prioritetləri sülh və əməkdaşlıqdır və onlar heç vaxt dəyişməyib. 

Lavrovun açıqlamalarını Sherg.az-a təhlil edən politoloq Oqtay Qasımov deyib ki, Rusiya XİN rəhbərinin açıqlamalarında heç də xoş məram görünmür. Ekspert vurğulayıb ki, Rusiya 8 avqustda Vaşinqtonda imzalanmış sənəddən narazılığını açıq ifadə edir:

Seçilən
27
sherg.az

1Mənbələr