AZ

“Biabırçılıqdır!” - Azərbaycanı “Zəif Rəqib” Adlandırdı!

Ukrayna millisinin qapıçısı Anatoli Trubin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə heç-heçə (1:1) etdikləri oyunun nəticəsini biabırçılıq adlandırıb. 

Redaktor.az xəbər verir ki, 24 yaşlı qolkiper bu barədə qarşılaşmadan sonra yerli "Tribuna" nəşrinə açıqlama verib.

O, bunun çox pis nəticə olduğunu hesab edib: 

"Hansı təəssüratlar ola bilər? Məncə, biabırçılıqdır. Çünki belə matçlarda qalib gəlmək, bu cür zəif rəqibləri məğlub etmək lazımdır. İrəliləmək istəyiriksə, qələbə qazanmalıydıq. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq". 

Qeyd edək ki, Azərbaycan yığması ilk matçda İslandiyaya (0:5), Ukrayna isə Fransaya (0:2) məğlub olub.

Seçilən
33
1
redaktor.az

2Mənbələr