AZ

Qazaxıstanda ilk tam rəqəmsal şəhər salınır

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Alataunun biznes və innovasiya mərkəzi kimi inkişaf etdiriləcəyini, ölkənin texnoloji gələcəyinə model olacağını açıqlayıb. Tokayev bildirib ki, şəhərə xüsusi status verilməli, altı ay ərzində onun idarəetmə və maliyyə modelini müəyyən edən hüquqi tənzimləmələr qüvvəyə minməlidir.

Hafta.az-ın yazdığına görə. prezident Tokayev bildirib ki, Alatau iri biznes və innovasiya mərkəzi kimi inkişaf etdiriləcək və şəhər Qazaxıstanın texnoloji gələcəyi üçün model olacaq. Bir çox sürətlə inkişaf edən ölkələrdə sərmayə və texnologiya cəlb edən “sürətlənmiş inkişaf şəhərləri”nin mövcudluğunu xatırladan Prezident Alataunun yeni biznes və innovasiya fəaliyyəti mərkəzi olacağını bildirib.

Tokayev layihədə beynəlxalq əməkdaşlığın kritik rolunu vurğulayıb. O qeyd edib ki, Çinə son səfəri zamanı qlobal şirkətlərlə milyardlarla dollarlıq müqavilələr imzalanıb. Bu şirkətlərdən biri qlobal texnologiya şəhəri Şençjenin tikintisində iştirak edir və Alataunun reallaşmasına birbaşa töhfə verəcək. Prezident təcili institusional tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, “On gün ərzində şəhərə bilavasitə hökumətə tabe olan xüsusi statusun verilməsi ilə bağlı fərman layihəsi hazırlanmalıdır. Bundan sonra maksimum altı ay müddətində şəhərin idarəetmə rejimini, maliyyə modelini və digər əsas elementləri müəyyən edən ayrıca qanun qəbul edilməlidir” deyib.

Şəhərin gələcəyi ilə bağlı fikirlərini bölüşən Tokayev bildirib ki, Alatau regionun ilk tam rəqəmsal şəhəri olacaq. Tokayev, “Ağıllı şəhər texnologiyalarından tutmuş kriptovalyutalarla mal və xidmətlərə görə ödəmə qabiliyyətinə qədər, Alatau City texnoloji inkişafı ən rahat yaşayış mühiti ilə birləşdirərək Qazaxıstanın gələcəyinin simvolu olacaq” deyib.

 

Seçilən
45
hafta.az

1Mənbələr