AZ

Mbappe bombardirlər siyahısında Tyerri Anrini keçdi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Kilian Mbappe Fransa millisinin heyətində vurduğu qolların sayına görə 2-ci pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunun İslandiya ilə oyununda (2:1) "Real"ın futbolçusu 45-ci dəqiqədə millinin heyətində 52-ci qolunu vurub. Bu göstəricidə o, Tyerri Anrini (51) ötüb.

"Üçrənglilər"in bombardiri isə aktivində 57 qolu olan "Lill"in hücumçusu Olivye Jirudur.

Qeyd edək ki, Mbappe 2017-ci ilin martında 18 yaş 3 ay 5 günlük olarkən millidə debüt edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
sport24.az

1Mənbələr