Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.
Bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığı bəyanat yayıb.
Məlumatda deyilir: "Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır".
Bəyanatda təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edildiyi və onların bəzilərinin vurulduğu bildirilir.