AZ

“Apple iPhone 17”-ni təqdim etdi, səhmləri isə ucuzlaşdı

Amerikanın “Apple” korporasiyası yeni məhsullarını, o cümlədən “iPhone 17” modelini təqdim edib.

Doğru.az xəbər verir ki, təqdimatdan dərhal sonra şirkətin Nasdaq elektron birjasındakı səhmləri təxminən 1,7% ucuzlaşıb.

Məlumatlara görə, sentyabrın 9-da Moskva vaxtı ilə saat 20:17-də “Apple”ın bir səhmi 238,44 dollara satılırdı. Təqdimat başa çatdıqdan sonra qiymət 1,68% azalaraq 233,89 dollara düşüb.

Qeyd edək ki, daha əvvəl “Apple” şirkətinin 2027-ci ilə qədər süni intellektlə işləyən masaüstü robot, ağıllı dinamik və ev üçün təhlükəsizlik kamerası istehsal etməyi planlaşdırdığı bildirilmişdi.

DOĞRU.AZ

Seçilən
61
dogru.az

1Mənbələr