AZ

Bu məktəblərə qeydiyyat müddəti uzadılıb - Nazirlik

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti uzadılıb.

Bu barədə Ölkə.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeydiyyat müddətinin 12 sentyabr saat 18:00-dək uzadıldığı bildirilib.

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

Seçilən
6
19
olke.az

10Mənbələr