AZ

Şanxay Akademiyasının direktor müavini: Son 7 ildə çoxqütblülük prosesi sürətlənib

Son 7 il ərzində dünyada çoxqütblülük nizamının formalaşması sürətlənib.

APA xəbər verir ki, bunu Sosial Elmlər üzrə Şanxay Akademiyasının direktor müavini Vanq Zen Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısınının “Beynəlxalq təşkilat kimi AQEM —transformasiya və institusional potensialın artırılması” sessiyasında çıxışı zamanı deyib.

O, hazırkı beynəlxalq nizamı xaotik adlandırıb və qlobal arenada münaqişə risklərinin getdikcə çoxaldığını bildirib.

Vanq Zen böhranların qarşısının alınması üçün AQEM-in müxtəlif sahələrdə əməkdaşlıq yollarını axtarmalı olduğunu vurğulayıb və bu məsələ ilə bağlı yol xəritəsinin hazırlanmasına çağırıb.

Seçilən
16
apa.az

1Mənbələr