AZ

ATMU tələbələri Almaniyada yay məktəbində olublar - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri beynəlxalq əməkdaşlıq çərçivəsində qlobal mövqeyi möhkəmləndirməkdə maraqlıdırlar.

"Unikal" xəbər verir ki, Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti (TEU) və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında  2008-ci ildən qurulan tərəfdaşlıq əlaqələri sayəsində bu ali məktəb tələbələri üçün beynəlxalq təhsil imkanları əlçatan olub. Səmərəli əməkdaşlıq əlaqələrini ehtiva edən DAAD proqramı tələbələrin həm akademik, həm də sosial mühitdə inkişafına zəmin yaradıb.

Bu il ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri - Aynur Əhmədova, Əli Əhmədov və Elgün Rəcəbov  DAAD proqramı vasitəsilə Almaniyada təhsil almaq və yay məktəbi təcrübəsində iştirak  fürsəti qazanıblar. Onlar adıkeçən proqram çərçivəsində fərqli ölkələri təmsil edən tələbələrlə birlikdə turizmə dair müasir biliklərlə bərabər, mədəni və sosial mühitdə yeni təcrübə imkanına da yiyələnəcəklər.

Qeyd etmək lazımdır ki,ATMU tələbələrinin beynəlxalq proqramlarda fəal iştirakı yüksək ixtisaslı turizm mütəxəssisləri ordusunun formalaşmasında əhəmiyyətli rol oynayacaq.

 

Seçilən
7
2
unikal.az

4Mənbələr