1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan üçün su ehtiyatlarının dayanıqlı idarə edilməsi strateji əhəmiyyət daşıyır. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya əlçatanlığı rahat etməkdir. Bu məsələdə həm praktiki, həm də elmi məsələlər mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində bir sıra mühüm müqavilə və anlaşmaların imzalanması nəzərdə tutulur:
"Artıq "ACWA Power" ilə əməkdaşlıq istiqamətində razılıq əldə olunub. Hazırda müqavilənin detalları dəqiqləşdirilir. Yaxın zamanda bu sənədin imzalanması planlaşdırılır".
Z.Mikayılov forumda çoxsaylı beynəlxalq tərəfdaşlar iştirak edirlər:
"Müxtəlif əməkdaşlıqlar, müqavilə və anlaşmalar nəzərdə tutulur. Onların bir qismi açıq elan ediləcək, bəziləri isə sürpriz olacaq".
Məhərrəm Əliyev