AZ

Günəşin Yeri yandırmamasının SƏBƏBLƏRİ

ain.az, Lent az saytına istinadən bildirir.

Yer üzündə həyatın mövcudluğunu Günəşsiz təsəvvür etmək mümkün deyil. O, yalnız işıq və istilik mənbəyi deyil, həm də bütün canlıların yaşaması üçün əsas şərtdir. Lakin çox vaxt insanlar yayda günəş vannasından həzz alarkən, onun əslində necə bir quruluşa malik olduğunu və daxilində hansı proseslərin getdiyini düşünmürlər.

Günəş nədir?

Lent.az xəbər verir ki, astronomiyaya görə, Günəş planet deyil, “sarı cırtdan” tipli ulduzdur. O, hazırda öz təkamülünün əsas mərhələsindədir və təxminən 4,5 milyard il əvvəl formalaşıb.

Günəşin bəzi göstəriciləri belədir:

Səth temperaturu: təqribən 5500°C

Diametri: 1,4 milyon km (Yer kürəsindən 109 dəfə böyük)

Kütləsi: Yer kürəsindən 333 min dəfə ağır

Onun tərkibinin 70%-i hidrogen, 25%-i helium, qalan hissəsi isə karbon, oksigen, dəmir və digər elementlərdən ibarətdir. Hidrogenin heliuma çevrilməsi nəticəsində baş verən termonüvə reaksiyaları nəhəng enerji yaradır və bu enerji Yerə işıq və istilik kimi çatır.

Günəşin daxili quruluşu

Günəş bir neçə fərqli təbəqədən ibarətdir və hər qatın özünəməxsus xüsusiyyətləri var:

Yadro: Günəşin ən mühüm hissəsidir. Burada enerji termonüvə reaksiyaları nəticəsində yaranır. Temperaturu 15 milyon °C-yə qədər yüksəlir.

Radiasiya zonası: Enerji buradan fotonların hərəkəti ilə yayılır. Temperatur 7 milyon °C-dən 2 milyon °C-ə qədər azalır.

Konveksiya zonası: Qaz axınlarının böyük fırlanması Günəşin maqnit sahəsini yaradır.

Günəşin atmosferi

Günəşin öz atmosferi də vardır və o, üç əsas qatdan ibarətdir:

Fotosfer: Bizim gördüyümüz Günəş işığı buradan gəlir. Onun qalınlığı 100–400 km, temperaturu isə 4–6 min °C-dir.

Xromosfer: Təxminən 2000 km qalınlığındadır, burada temperatur 20 min °C-ə qədər yüksələ bilir.

Tac (korona): Atmosferin ən üst qatıdır. Çox seyrək olsa da, burada temperatur 2 milyon °C-dən başlayaraq bəzi yerlərdə 20 milyon °C-ə qədər çata bilir.

Niyə Günəş Yeri yandırmır?

Günəşin daxilindəki möhtəşəm istilik Yer kürəsini məhv etmir, çünki planetimiz ulduzdan ideal məsafədə yerləşir. Bu məsafə Yerin orbitini stabilləşdirir və istiliyin optimal miqdarda çatmasına imkan verir. Üstəlik, atmosferimiz Günəş şüalarının böyük hissəsini udaraq qoruyucu rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
lent.az

1Mənbələr