Ukrayna millisinin qapıçısı Anatoli Trubin Azərbaycanla keçirilən dünya çempionatının seçmə mərhələsindəki heç-heçədən (1:1) sonra fikirlərini bölüşüb:
Publika.az xəbər verir ki, “Benfika”da çıxış edən futbolçu bu nəticəni biabırçılıq adlandırıb:
“Hansı təəssüratlardan söhbət gedə bilər? Bu, biabırçılıqdır, mən belə hesab edirəm. Bu, çox-çox pisdir, çünki belə oyunları qazanmaq lazımdır, belə rəqibləri məğlub etmək vacibdir. Əgər irəli getmək istəyiriksə, nə olursa-olsun, qələbə qazanmaq lazımdır. Hər kəs şəxsən və fərdi olaraq fikirləşməlidir. Növbəti toplanış həlledici olacaq, ona görə də, əgər nəyəsə nail olmaq istəyiriksə, vəzifələri necə yerinə yetirəcəyimizi düşünməliyik”.