1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını təmin etmək məqsədilə 13 sentyabrda Bakı-Ağstafa, 14 sentyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, hərəkət cədvəli və biletlərlə bağlı məlumatı qurumun rəsmi saytı (www.ady.az), "ADY Mobile" tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən "1822" Əlaqə Mərkəzindən əldə etmək mümkündür.