ABŞ prezidenti Donald Tramp Vaşinqtonda “Joe's Seafood” restoranında etirazçılarla qarşılaşıb.
Musavat.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Prezident restoranın girişində Fələstinə dəstək şüarları ilə qarşılanıb, müəssisə daxilində isə bayraqlı fəallar müharibə əleyhinə şüarlar səsləndiriblər:
"Tramp zəmanəmizin Hitleridir. Fələstinə azadlıq!"
Aksiyanın məsuliyyətini “Code Pink” qrupu üzərinə götürüb. Etirazçılar restorandan çıxarıldıqdan sonra Tramp vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin müşayiəti ilə şam yeməyinə davam edib.
Musavat.com