AZ

Ərdoğandan İsrailin Qətəri vurmasına sərt REAKSİYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbələrdən danışıb.

Adalet.az
 xəbər verir ki, Ərdoğan sosial şəbəkədə bildirib:

"İsrailin Qətərdə HƏMAS-ın danışıqlar qrupuna bugünkü hücumu bir daha açıq şəkildə nümayiş etdirdi ki, çılğın Netanyahu hökuməti münaqişə və qeyri-sabitliyi daha da dərinləşdirməyə çalışır. Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum həm də qardaş ölkəmizin təhlükəsizliyini və sülhünü hədəfləyir. Mən bu hücumu qınayıram. Türkiyə bütün imkanları ilə fələstinli qardaş və bacıları ilə yanaşı, müttəfiqi, strateji tərəfdaşı və dostu Qətər Dövlətinin yanındadır. Terroru dövlət siyasətinə çevirənlər heç vaxt məqsədlərinə çatmayacaqlar, bütün bölgəni fəlakətə sürükləmək istəyən İsrail quldurluğuna qarşı qətiyyətli və sarsılmaz mövqeyimizi qoruyub saxlayacağıq və nəyin bahasına olursa olsun, sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə etməyə davam edəcəyik”.

Seçilən
10
5
adalet.az

6Mənbələr