AZ

Millət vəkili Goranboyda tələbələri təbrik edib

Goranboy rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, məzunlar, müəllimlər və valideynlər iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan deputat Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafının təmin olunduğu vurğulanıb.

Görüşdə 500-700 bal intervalında yüksək nəticə göstərmiş, ümumilikdə 79, o cümlədən 600-dən yuxarı bal toplamış 22 məzuna Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

Seçilən
202
2
ikisahil.az

3Mənbələr