AZ

Helsinki Komissiyası Gürcüstana dair dinləmələr keçirəcək

TBİLİSİ, 10 sentyabr. TELEQRAF

Bu gün ABŞ-nin Helsinki Komissiyasında “Tərəfdaşdan problemə: Gürcüstanın anti-Amerika yolu” mövzusunda dinləmələr keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dinləmələrdə “Gürcüstanın avtoritarizmə keçidinin qlobal nəticələri” müzakirə olunacaq.

Gündəlikdə Gürcüstanın xarici siyasət kursu və onun Qara dəniz və Cənubi Qafqazda təhlükəsizliyə təsiri məsələsi də yer alıb.

Dinləmələrə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili və keçmiş müdafiə naziri Tinatin Xidaşeli də şahid qismində dəvət olunub.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti S.Zurabişvili və T.Xidaşelininin dinləmələrdə iştirakını vətənə xəyanət kimi qiymətləndirib.

Seçilən
56
teleqraf.com

1Mənbələr