AZ

Özbəkistan-Qırğızıstan-Çin marşrutu işə düşdü

BAKI, 10 sentyabr. TELEQRAF

Özbəkistan - Qırğızıstan - Çin multimodal marşrutu üzrə Daşkənddən Lançjouya ilk konteyner qatarının yola salınması mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə həmçinin beynəlxalq nəqliyyat və logistika əməkdaşlığı inkişaf etdirməyə həsr olunmuş “Gansu International Logistics Group Co. Ltd.” şirkətinin Özbəkistanda yeni logistika bazasının açılışı olub.

Yeni logistika bazasının istifadəyə verilməsi və bu marşrut üzrə müntəzəm konteyner daşımalarının yaradılması regionun tranzit potensialını gücləndirəcək, çatdırılma müddətlərini azaldacaq, Qansu - Kaşqar - Mərkəzi Asiya marşrutu üzrə dayanıqlı yükdaşımaların inkişafı üçün əlverişli şərait yaradacaq.

Seçilən
55
teleqraf.com

1Mənbələr