AZ

Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb VİDEO

Cəlilabad, 10 sentyabr, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
28
42
azertag.az

10Mənbələr