AZ

"Rusiyanın Polşaya hücumu müharibə aktıdır" - Co Vilson

"Rusiyanın Polşaya hücumu müharibə aktıdır".

Ölkə.Az xəbər verir ki, bunu ABŞ konqresmeni Co Vilson “X hesabında yazıb.

“Prezident Trampın Ağ Evdə Prezident Navroskini qəbul etməsindən bir həftə keçməmiş Rusiya İranın “Şahid” PUA-ları ilə NATO müttəfiqi Polşaya hücum edir. Bu, müharibə aktıdır və biz hərbi cinayətkar Putinin azad və məhsuldar xalqlara qarşı davam edən səbəbsiz təcavüzünə NATO müttəfiqlərinin çevik reaksiyasına görə minnətdarıq”.

Konqresmen Tramp administrasiyasını sanksiyaları davam etdirməyə çağırıb:

“Mən Prezident Trampı Rusiyanın döyüş maşınının iflasına səbəb olacaq və Ukraynanı Rusiyanı vura biləcək silahlarla təchiz edəcək məcburi sanksiyalarla cavab verməyə çağırıram.

Putin artıq Ukraynada ana və körpələri bombalayarkən uduzmaqla kifayətlənmir, o, indi birbaşa NATO ərazisində bizim qətiyyətimizi sınayır. Putin deyib ki, “Rusiya sərhəd tanımır”. Azad və firavan xalqlar Rusiyaya sərhədləri öyrədəcək”, - deyə o söyləyib.

Qeyd edək ki, bundan əvvəl Polşa hava məkanını pozan Rusiya pilotsuz təyyarələrini vurub. NATO-nun hava hücumundan müdafiə sistemləri də işə salınıb.

Pozuntunu “təcavüz aktı” kimi qələmə verən Varşava ilk dəfə olaraq qonşu ölkəsində müharibəyə müdaxilə edib.

"Polstat News" televiziyasının məlumatına görə, pilotsuz təyyarə ölkənin qərbindəki Viriki bölgəsinə zərbə endirib. Hücum zamanı xəsarət alan olmayıb.

Polşa hərbi komandanlığı həmçinin bildirib ki, Ukraynanın qərbi ilə sərhəddə Rusiyanın hücumu zamanı pilotsuz təyyarələr Polşanın hava məkanını dəfələrlə pozub. Radarlar 10-dan çox obyekti izləyib. Hərbçilər təhdidlərin “zərərsizləşdirildiyini” elan ediblər.

Polşa yaxınlqıdakı bölgələrin sakinlərini evdə qalmağa çağırıb.

Ukrayna Prezidenti Volidimir Zelenski Rusiyanın bir gecədə 415 pilotsuz uçan aparat və 40 raket atdığını bildirib.

Billurə
 

Seçilən
3
olke.az

1Mənbələr