AZ

Aİ ilə Rusiya arasında münasibətlərdəki böhranın səbəbi məlum olub

Aİ

lman politoloqu, Avropa Demokratiya Laboratoriyasının qurucusu və direktoru Ulrike Gero “Lenta.ru”ya açıqlamasında bildirib ki, Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında yaranan böhranın səbəblərindən biri Şərqi Avropa liderlərinin kommunist dövründən qalan şəxsi travmalarıdır.Onun sözlərinə görə, “Yeni Avropa” adlandırılan ölkələrin elitalarının şəxsi təcrübələri Rusiyaya münasibəti birbaşa formalaşdırır:“Məsələn, Aİ-nin ali diplomatı Kaya Kallas ailəsinin Stalinin dövründə yaşadıqları səbəbindən Rusiyaya qarşı iddialar irəli sürür”, – deyə Gero vurğulayıb.Politoloq həmçinin xatırladıb ki, Rusiya və Aİ münasibətlərində dönüş nöqtəsi 2004-cü ildə Birliyin genişlənməsi ilə baş verdi. Onun sözlərinə görə, Şərqi Avropa ölkələrinin ABŞ-a yönəlik siyasi kursu Brüsseldəki atmosferi əsaslı şəkildə dəyişib.Gero hesab edir ki, bu genişlənmənin nəticələri hazırda Ukraynadakı münaqişə fonunda açıq şəkildə özünü göstərir. O, Aİ siyasətində lokomotiv rolunu Polşa və Baltik ölkələrinin oynadığını qeyd edib.Ulusum.az

Diqqət Çəkənlər

İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi

Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi

Fransanın ilk prezidentinin nəvəsi həyat yoldaşı ilə Rusiyaya köçmək istəyir

Seçilən
2
ulusum.az

1Mənbələr