AZ

Qərar vaxtıdır 

Milli oyunları bitdi. Həftəsonu çempionat başlayır. Gündəm çox qısa vaxtda dəyişəcək.

Ayxan Abbasov ilk oyunundan bir xal qazandı. Mübarizə təqdirəlayiq idi. Oyun barədə isə nəsə danışmağa dəyməz.

Yığmadan ilkin mərhələ üçün gözlənən tələb var idi – mübarizə aparmaq, təslim olmamaq. O da qismən qarşılandı.

İndi vacib məqam konkret qərar vermkdir. Millinin baş məşqçisi məsələsi isə uzadılmamalıdır. AFFA-nın Ayxan Abbasovla bu tskilin sonuna qədər davam etmək fikri var.

Ancaq bu da qəti qərar deyil. Seçmə mərhələ noyabrda bitir. Nəticələr də aşağı-yuxarı bəllidi. Oyun da maksimum dünənki olacaq. Zamanla dəyişə bilər, amma iki aya olmayacağı dəqiqdi.

Millinin əsas hədəflərindən biri Millətlər Liqasıdır. Ən azı C Liqasına qayıdaq. Heç olmasa ona qədər sistemi bilinən, hazır komandamız olsun.

Daha Abbasovu qabağa verib tskil sonunda da “alınmadı” deyib əcnəbiyə dönməyək. Köhnə variantlar olmasın. Hamısını istifadə edilib, dərhal bilirik.

Abbasovun yerində olsam, heç bu təklifli qəbul etmərəm. Amma bilirəm ki, razılaşacaq. Hamının öz məqsədi var.

Qurumda Rəşad Sadıqovun da tərəfdarları çoxdu. Adı önə çıxarılır. Müzakirəsi gedir.

Qısacası, Ayxandısa Ayxan, Rəşaddısa Rəşad olsun. Amma vaxtında, azı 3 illik müqavilə ilə gəlsin.

İndi Rövşən Nəcəf üçün ciddi sınaqdı. Rəhbər kimi məsuliyyəti üzərinə götürməli və ən qısa zamanda qəti qərar verilməlidir.

Unutmayaq ki, uzada-uzada, yola verə-verə bu duruma düşmüşük.

Həsən Quluzadə

 

Seçilən
3
idmanxeber.az

1Mənbələr