AZ

Bakıya 12 min turist gələcək

ain.az bildirir, Olay.az saytına əsaslanaraq.

Bakıya 12 min turist gələcək

Məlum olduğu kimi, sentyabrın 19-21-də Bakıda “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025 keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən OLAY-a bildirilib ki, yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir.

Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə “Formula 1” ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutublar.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
4
olay.az

10Mənbələr