AZ

Ölən arvadı üçün yas vermək əvəzinə kəndin yollarına asfalt çəkdirdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonunun Fatmayı qəsəbəsində örnək olacaq bir təşəbbüs reallaşıb.

Belə ki, həyat yoldaşı vəfat edən şəxs yas mərasimində yemək vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.

Avtosfer.az xəbər verir ki, bu addım həm mərhumun xatirəsinə ehtiram, həm də cəmiyyət üçün faydalı bir iş kimi dəyərləndirilib. Sakinlər bildirirlər ki, yaslarda israfçılığa yol verməkdənsə, belə xeyirli işlərin görülməsi həm insanların rifahına, həm də qəsəbənin infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

Yerində aparılan işlər nəticəsində qəsəbənin əsas küçələrindən biri asfaltlanıb və sakinlərin rahat gediş-gəlişi təmin olunub.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr