1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin yeddi faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə Oxu.Az-a AMB-dən məlumat verilib.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində saxlanılıb.
"Bu qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə məlumatda qeyd olunub.