AZ

Dövlət sərhədini pozan şəxs saxlanılıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sentyabr ayının 8-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq vətəndaşı, 2006-ci il təvəllüdlü Gburi Ameer Visman saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
24
11
azertag.az

10Mənbələr