AZ

Almaniya yeni “Taurus Neo” istehsalına başlayacaq: Ekspertlər yeniliyi izah etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya Müdafiə Nazirliyi ümumilikdə 25 milyon avro ayrılacaq müdafiə layihələrinin siyahısını açıqlayıb. Bu layihələr arasında yeni qanadlı raketlər – "Taurus Neo” istehsalı üçün zavodların qurulması da var. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Defense Express” yazır.

Nəşrin xatırlatdığına görə, Almaniya 600 ədəd yeni "Taurus Neo” əldə etməyi planlaşdırır. Lakin bir raketin qiyməti təxminən 3,5 milyon avro olacaq və ilk tədarüklər yalnız 2029-cu ildə mümkün görünür. Hazırda raketlərin texniki göstəriciləri barədə nə istehsalçı, nə də Nazirlik açıqlama verir.

Hələlik "Taurus Neo”nun bütün modifikasiyalardan sonra necə görünəcəyi dəqiq məlum deyil. Bununla belə, "Hartpunk” mövcud faktlara və məntiqli ehtimallara əsaslanaraq ilkin model təqdim edib.

Jurnalistlərin sözlərinə görə, raketin formasının dəyişməyəcəyi ehtimal olunur, çünki dəyişikliklər daşıyıcı təyyarələrin uçuş xüsusiyyətlərinə təsir edəcək əlavə sınaqlar tələb edərdi. Bu isə əlavə xərclər və vaxt itkisi deməkdir.

Naviqasiya sistemi isə təxminən 20 illik olmasına baxmayaraq, hələ də güclüdür. Ancaq onu yeni və müasir komponent bazasında yenidən işləmək lazım gələcək. Bu dəyişiklik sistemi həm daha effektiv, həm də daha yığcam edə bilər.

"Taurus” raketinin tandem tipli deşici döyüş başlığı 481 kq təşkil edir və bu göstəricinin dəyişəcəyi gözlənilmir, çünki mövcud güc kifayət edir.

"Amma daha müasir və yığcam sistemlərin quraşdırılması nəticəsində əlavə boşluq yarana bilər. Bu halda həmin boşluq ya daha güclü döyüş başlığı ilə doldurula, ya da uçuş məsafəsi artırıla bilər. Məsafəyə mühərrikin optimallaşdırılması da müsbət təsir göstərə bilər. Hazırda "Taurus” raketlərində "Williams P8300-15” mühərriki istifadə olunur, o ya modernləşdirilə, ya da dəyişdirilə bilər. Kompleks tədbirlər nəticəsində raketin uçuş məsafəsi 1000 km-ə qədər artırıla bilər”, – deyə analitiklər vurğulayıblar.

Ekspertlər əlavə ediblər ki, adi "Taurus” raketlərində daxildə müəyyən boş sahə qalır. Təlimlər zamanı ora xüsusi rabitə bloku quraşdırılır və təhlükəsizlik məqsədilə uçuş dayandırıla bilir.

"Bundan əvvəl "Taurus”un istilik tələləri və ya dipol əks etdiricilərlə təchiz edilməsi də təklif olunmuşdu ki, bu da hədəfə yaxınlaşarkən raketin sağ qalma şansını artırsın. Bu isə rusların X-101 raketlərində tətbiq etdiyi təcrübəni xatırladır. "Taurus” raketləri belə bloklar almasa da, "Taurus Neo”da bu imkanın reallaşdırılması mümkündür. Kiçik bir əlavə xərc hesabına raketi xeyli yaxşılaşdırmaq olar. Amma hələlik bunların hamısı sadəcə fərziyyədir, "Taurus Neo”nun əslində necə olacağı bilinmir”, – "Defense Express” qeyd edib.

Xatırladaq ki, Bundestaqın Xristian-Demokratik İttifaq partiyasından deputat Roderix Kizevetter Almaniyanın "saxta danışıqlardan” imtina edib Ukraynaya "Taurus” verməli olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya sülh sazişi istəmir və hər gün dağıtmaq niyyətini nümayiş etdirir.

Eyni zamanda, "Defense Express” hərbi-analitik portalının baş redaktoru Oleq Katkov bəyan edib ki, Almaniya heç vaxt Ukraynaya "Taurus” raketləri verməyəcək və bunun ciddi səbəbləri var.

Onun sözlərinə görə, Almaniyanın ümumilikdə belə raketlərinin sayı çox azdır. Rəsmi rəqəmlərə görə, 600 ədəd mövcud olsa da, Bundestaqın müdafiə komitəsinin 2023-cü ilə dair məlumatına əsasən, onlardan yalnız 150-si döyüş qabiliyyətlidir.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
qaynarinfo.az

1Mənbələr