Telegram messencerinin təsisçisi Pavel Durov fəxrlə bildirib ki, platforma Fransada prezident Emmanuel Makronun siyasətinə qarşı etiraz alətinə çevrilib...
Poliqon xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"Mən fəxr edirəm ki, Telegram Fransada Makronun uğursuz siyasətinə qarşı etiraz alətinə çevrilib. 8 illik unutqanlıqdan sonra fransızlar boş piardan və hakimiyyətin duruşundan yorulublar - indi isə geri zərbələr endirirlər", deyə Durov bildirib.
Sentyabrın 10-da Fransada "Hər şeyi blokla" şüarı altında genişmiqyaslı etiraz aksiyaları planlaşdırılıb. Onlar Fransa əhalisinin ölkə hökumətinin təklif etdiyi qənaət tədbirlərindən narazılıq fonunda baş verməlidir.
İyulun 12-də Durov Fransa hökumətini söz azadlığına və texnoloji tərəqqiyə qarşı "səlib yürüşləri"ndə ittiham edib.
Poliqon.info