Litva NATO və ABŞ-ın Ukraynaya dəstək təşəbbüsü olan PURL (Ukraynanın prioritet ehtiyacları siyahısı) layihəsinə 30 milyon dollar yönəldəcək. Bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2025-ci ildə Ukraynaya planlaşdırılan dəstəyə əlavə olaraq, Litva bu il ABŞ və NATO tərəfindən Ukraynaya hərbi texnikanın tədarükünü maliyyələşdirmək üçün işlənib hazırlanmış PURL layihəsinə 30 milyon dollara qədər vəsait ayıracaq”, - deyə məlumatda qeyd olunur.
Mətləb Salahov