AZ

Ronaldodan daha bir tarixi rekord

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarstan üzrərində 3:2 hesablı qələbədən sonra reallaşıb.

40 yaşlı futbolçu sözügedən matçın 58-ci dəqiqəsində penaltidən fərqlənərək mundialın seçmə mərhələsində vurduğu qolların sayını 39-a çatdırıb. Bu göstəricidə o, eyni sayda qol vuran Qvatemalanın futbolçusu Karlos Ruisə çatıb.

Qeyd edək ki, ən çox qol vuranların siyahısında ilk “üçlüy”ü 36 qolla Argentina yığmasının üzvü Lionel Messi qapayır.

Seçilən
43
1
msport.az

3Mənbələr