BAKI, 10 sentyabr. TELEQRAF
NATO Rusiya PUA-larının Polşanın hava məkanını pozması ilə bağlı insidenti hücum kimi qiymətləndirmir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” alyansdakı mənbələrə istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, ilk dəfədir NATO təyyarələri Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün istifadə olunub.
Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.