AZ

Gənc oğlan öz dəfnində həyata qayıtdı

Hindistanda ölən gənc öz dəfnində öskürməyə başlayıb

Hindistanda Bhau Laşke adlı gənc dəfn olunarkən həyat əlamətləri görünüb.

Qaziler.az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Laşke qəzadan sonra özəl xəstəxanaya aparılıb. Gəncin yaxınlarının verdiyi məlumata görə, həkimlər onun xəsarətlərini ölümcül elan edib və onu xilas edə bilməyiblər. Laşkenin ailəsi cənazə mərasimi təşkil etməyə başlarkən, o, qəflətən ayılıb. “Biz dəfn etməyə hazırlaşarkən o, tərpənməyə və öskürməyə başladı”, - qohumlardan birideyib.

“Ölü” dərhal xəstəxanaya aparılıb. Gənc sağdır, amma vəziyyəti ağırdır: o, süni nəfəs aparatına qoşulub.

Xəstəxana rəhbərliyi qohumların iddialarını rədd edib. Administrasiya iddia edir ki, Laşkeni müalicə edən həkimlərinin sözləri yanlış anlaşılıb.

QAZİLER.AZ

Seçilən
30
1
qaziler.az

2Mənbələr