AZ

Qarabağ qazisi Ukraynada vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi Ukraynanın Donetsk şəhərində vəfat edib.

Bizim.Media xəbər verir ki, Sahib Şəmistan oğlu İsmayılov ürək çatışmazlığından dünyasını dəyişib.

Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib.

Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi "Bozqurd" dəstəsinin döyüşçülərindən olub və "Dılım" ləqəbi ilə tanınıb. (Oxu.az)

Bizim.Media

Seçilən
31
11
bizim.media

10Mənbələr