AZ

Ukrayna millisinin futbolçusu: Azərbaycanla oyunun nəticəsi biabırçılıqdır

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz bu cür oyunları, bu cür rəqibləri mütləq udmalıyıq".

Oxu.Az xəbər verir ki, bunu Ukrayna mediasına müsahibəsində millinin qolkiperi Anatoli Trubin deyib.

"Oyunla bağlı çox danışa bilmərəm. Nə təəssürat ola bilər ki? Bu, biabırçılıqdır. Mən belə düşünürəm. Çox pis nəticədir. Çünki biz bu cür oyunları, bu cür rəqibləri mütləq udmalıyıq. Nə baş verir, necə olur, fərq etməz. Əgər biz irəliləmək istəyiriksə, qələbə qazanmalıyıq. Hər kəs fərdi olaraq bu barədə düşünməlidir. Növbəti toplanış həlledici olacaq. Ona görə də düşünməliyik".

Qeyd edək ki, ilk turda Fransaya 0:2 hesabı ilə uduzan Ukrayna millisinin 2 oyuna 1 xalı var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
4
oxu.az

5Mənbələr