AZ

İraqda oğurlanan israilli alim sərbəst buraxıldı

İraqın "Kataeb Hizbullah" təşkilatı İsrail və Rusiya vətəndaşı olan ərəbşünas alim Yelizaveta Surkovanı sərbəst buraxıb. O, hazırda ABŞ-nin İraqdakı səfirliyinin binasındadır.

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
 

Qeyd olunur ki, "Kataeb Hizbullah" təşkilatının rəhbərliyi İsrail tərəfindən hədəfə alınması və İraqın regionda gedən proseslərə cəlb edilməməsi üçün Yelizaveta Surkovanı azad etmək qərarına gəlib.


Məlumat üçün əlavə edək ki, Prinston Universitetinin doktorantı olan Yelizaveta Surkova İraqa doktorluq elmi işi üçün səfər edib.

36 yaşlı ərəbşünas İraqa Rusiya pasportu ilə səfər edib. Orada 2023-cü ilin martında iranyönümlü "Kataeb Hizbullah" təşkilatının üzvləri tərəfindən oğurlanıb. Məlumata görə, "Kataeb Hizbullah" İraqdan daha çox, İrana bağlıdır. (Oxu.az)

Bizim.Media

Seçilən
3
3
bizim.media

4Mənbələr