AZ

Putinin Polşada nəbz yoxlanışı: Növbəti hədəf üç keçmiş sovet ölkəsi ola bilər

“Rusiya Polşadan sonra keçmiş sovet ölkələri Estoniya, Litva və Latviyanı hədəfə ala bilər”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”.

Kreml sahibi bugünəcən o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Dronlar Polşanın hava sahəsinə daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya PUA-ları isə cəbhə bölgəsindən min kilometrlərlə uzaq məsafə qət ediblər”, - ekspert vurğulayıb.

E.Şahinoğlu Putinin bu addımı ilə amerikalı həmkarı Donald Trampa ağır zərbə vurduğunu bildirib:

“Putin yalandan Trampı tərifləməklə məşğuldur, reallıqda isə Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar.

Putin Polşanı hədəf seçiməklə NATO və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya dronları digər NATO üzvləri olan Baltikyanı ölkələr (Estoniya, Litva və Latviya), o cümlədən Finlandiyanın hava sahəsində də görünəcək”./teleqraf

Seçilən
18
8
turkustan.az

10Mənbələr