AZ

"Google"un süni intellekti beş yeni dil öyrəndi

"Google" süni intellekt rejiminin dəstəyini beş yeni dilə: hind, yapon, Koreya, İndoneziya və Braziliya portuqalcasına genişləndirib.

Kulis.az xəbər verir ki, rəsmilər tərəfindən funksiyanın artıq bütün dünyada əlçatan və daha dəqiq, faydalı axtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə aldığı bildirilib.

Qeyd edək ki, süni intellekt rejimi ilk dəfə 2025-ci ilin martında ABŞ-də təcrübə kimi təqdim olunub, daha sonra Böyük Britaniya və Hindistanda əlçatan olub.

Seçilən
34
kulis.az

1Mənbələr