AZ

Avropa İttifaqı 19 üzv ölkəyə ümumilikdə 150 milyard avro ayıracaq

Ajans.az xəbər verir ki,bu barədə Aİ Komissiyasının rəsmi saytında yayımlanan yazılı bəyanatda bildirilir. Məbləğlər SAFE mexanizminin “öncədən ayırma” prinsipi əsasında üzv ölkələrin hərbi hazırlıq səviyyələri və müdafiə layihələrinə əsasən müəyyən edilib. Bu təşəbbüs Aİ-nin 2030-cu ilə qədər olan müdafiə hədəflərinin bir hissəsidir və Rusiya təhlükəsi, Ukraynada davam edən müharibə, eləcə də ABŞ-ın Donald Tramp dövründə transatlantik münasibətlərə təzyiqləri fonunda mayın 29-da qüvvəyə minib. Maliyyə bölgüsündə ən böyük məbləğ – 43 milyard 734 milyon 100 min 805 avro – Polşaya ayrılıb. Bu ölkəni aşağıdakı dövlətlər izləyir:
  • Rumıniya – 16 milyard 680 milyon 55 min 394 avro
  • Fransa – 16 milyard 216 milyon 720 min 524 avro
  • Macarıstan – 16 milyard 216 milyon 720 min 524 avro
  • İtaliya – 14 milyard 900 milyon avro
  • Belçika – 14 milyard 900 milyon avro
  • Litva – 6 milyard 375 milyon 487 min 840 avro
  • Portuqaliya – 5 milyard 841 milyon 179 min 332 avro
  • Latviya – 5 milyard 680 milyon 431 min 322 avro
  • Bolqarıstan – 3 milyard 261 milyon 700 min avro
  • Estoniya – 2 milyard 660 milyon 932 min 171 avro
  • Slovakiya – 2 milyard 316 milyon 674 min 361 avro
  • Çexiya – 2 milyard 60 milyon avro
  • Xorvatiya – 1 milyard 700 milyon avro
  • Cənubi Kipr Rum Administrasiyası – 1 milyard 181 milyon 503 min 924 avro
  • İspaniya və Finlandiya – hər biri 1 milyard avro
  • Yunanıstan – 787 milyon 669 min 283 avro
  • Danimarka – 46 milyon 796 min 822 avro
SAFE təşəbbüsü yalnız Aİ üzvlərini deyil, eyni zamanda Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya kimi Avropa İqtisadi Zonasına daxil olan ölkələri də əhatə edir. Bu dövlətlər 150 milyard avroya qədər güzəştli kreditlərdən faydalanaraq birgə hərbi satınalma layihələrində iştirak edə biləcəklər. Həmçinin, Aİ-yə namizəd ölkələr və Böyük Britaniya da birgə satınalmalara qatılmaq hüququna malikdirlər. Lakin bu halda istehsal ediləcək müdafiə məhsullarında istifadə olunacaq komponentlərin ən azı 65%-i Aİ və onun müəyyən etdiyi tərəfdaş ölkələrdən (Aİ üzvləri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya) gəlməlidir. Yalnız qalan 35% digər ölkələrdən, məsələn Türkiyə və Böyük Britaniya kimi partnyorlardan təmin edilə bilər. SAFE təşəbbüsü Aİ daxilində hərbi sənayeni gücləndirmək, üzv ölkələr arasında əməkdaşlığı artırmaq və təhlükəsizlik sahəsində strateji muxtariyyətə nail olmaq məqsədi daşıyır.

 

Seçilən
6
Ajans.az

1Mənbələr