AZ

Kats: "Düşmənlərimizi hər yerdə vuracağıq"

Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats yerli mətbuataaçıqlamasındadilə gətirib. O, ABŞ-nin müttəfiqi sayılan Qətərin ərazisində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının rəhbərliyinin gözlənilmədən hədəfə alınması barədə beynəlxalq tənqidlərə reaksiya verib.

"Ölkəmizin təhlükəsizlik doktrinası açıq-ayındır. Uzun əllərimiz düşmənlərimizə istənilən nöqtədə çatır. Onların gizlənə biləcəkləri yer yoxdur",- nazir vurğulayıb. Aviazərbə nəticəsində HƏMAS liderlərinin bir neçəsinin ölmədiyi haqqında mətbuatda yayılan məlumatlara isə münasibət bildirməyib.

"HƏMAS müharibənin qurtarması üçün İsrailin şərtləri ilə razılaşmalı, əsirləri azadlığa buraxmalı və silahı yerə qoymalıdır. Əks təqdirdə, onlar yer üzündən silinəcəklər, Qəzza zolağında daş daş üstündə qalmayacaq",- İsrael Kats söyləyib.
Səfir:"Hücum atəşkəs səylərinə təkan verəcək"

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
31
azvision.az

1Mənbələr