AZ

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Opeartiv Media-ya  bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Seçilən
7
37
operativmedia.az

10Mənbələr