Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksinə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün infotur təşkil edilib. İnfotur çərçivəsində Paralimpiya İdman Kompleksinin şəraiti ilə yaxından tanış olduq, hazırda Kompleksdə məşq edən paralimpiyaçılarla söhbət etdik. Hesab edirəm ki, son dövrlərdə Paralimpiya hərəkatı genişlənir və yeni mərhələyə qədəm qoyur. Bu fikirləri QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
“Hesab edirəm ki, son dövrlərdə Paralimpiya hərəkatı genişlənərək yeni mərhələyə qədəm qoyub. Ümumilikdə, Paralimpiya sahəsi çox həssas bir sahədir. Buraya gələn hər bir idmançı çox cəsarətli addım atır və onalar diqqət və qayğı da daha yükəsk olmaldır. Bu gün Azərbaycan dövləti tərəfindən bu idmançılara olan diqqət qayğı da yüksəkdir və bu qayğının nəticəli olaraq daha çox əlilliyi lan şəxsin idmana cəlb olunması prosesi gedir.”
QHT sədrinin sözlərinə görə, həm bu kompleksdə və həm də digər idman mərkəzlərində yaradılan şərait, həm də Paralimpiya Komitəsinin son illərdəki uğurlu fəaliyyəti müsbət nəticələr verir:
“2020-ci il Tokio və 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar, həm ümumi medal sayında. həm də. qızıl medalların sayında artım bunun bariz nümunəsidir.”
Cəsarət Hüseynzadə əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi və Nazirliyin digər qurumları əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ardıcıl tədbirlər və layihələr həyata keçirirlər:
“Əlilliyi olan şəxslərin məşğulluqla təmin olunması, peşə kurslarına və idmana cəlb edilməsi onların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi mövqeyini gücləndirir. İdman meydançasına çıxan hər bir paralimpiyaçı öz həyatını dəyişdirir, ətrafındakılara da müsbət təsir göstərir. Ona görə də onların hər biri bizim üçün çempionlardır.”