AZ

“Bir-İki dönər”dən şikayət - “İçərisindən şüşə çıxdı” + VİDEO

Bakıda vətəndaş sifariş verdiyi dönərin içindən şüşə qırıntısı çıxdığını iddia edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Vətəndaş iddia edib ki, sentyabrın 6-da "Bir-İki dönər"in Gənclik filialından iki dönər sifariş edib. Dominos pizza

"Biri toyuq, digəri ət dönəri idi. Toyuq dönərini yeyəndə içindən belə bir şüşə qırıntısı çıxdı. Hətta dilimi zədələdi. Bu barədə onlara məlumat verəndə üzr istəyib pulumu qaytardılar, amma istəyərdim ki, dönər alanda adamlar diqqətli olsunlar", - deyə şikayətdə bildirilib.


Telegram kanalımız
Seçilən
53
5
yenisabah.az

6Mənbələr