sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Bu qarşılaşmada iki xal itirdik". Sport24.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Mikola Matvienko deyib.Müdafiəçi Azərbaycan millisi ilə heç-heçə etdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, baş məşqçi dəyişikliyi rəqib komandaya təsir edən amil oldu. Azərbaycanlı futbolçular sanki əlavə motivasiya almışdılar. Matçın çətin olacağını gözləyirdik. Çünki Azərbaycan yığması ilk qarşılaşmada İslandiyaya 0:5 hesabı ilə uduzmuşdu. Evdə xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bilirdik. Bunu da etdilər".Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu 1:1 hesabı ilə başa çatıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.