AZ

Bəhreyndə də səfirliyimiz olacaq

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Bəhreyndə səfirliyi təsis ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, səfirlik Manama şəhərində olacaq.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
2
qafqazinfo.az

3Mənbələr