AZ

Kallas: Polşanın hava məkanı Rusiya tərəfindən qəsdən pozulub

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ötən gecə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanına daxil olması qəsdən edilib...

"Report" xəbər verir ki, K.Kallas bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən gecə Polşada müharibənin başlanğıcından (Rusiya-Ukrayna - red.) bəri Rusiya tərəfindən Avropa hava məkanının ciddi şəkildə pozulmasını müşahidə etdik və əlamətlər göstərir ki, bu təsadüfi deyil, qəsdən edilib", - o vurğulayıb.

K.Kallasın sözlərinə görə, o, NATO-nun Baş katibi Mark Rutte və Polşanın xarici işlər naziri Radek Sikorski ilə əlaqədədir.

O, Aİ-nin Polşa ilə tam həmrəyliyini ifadə edib və Ukraynaya dəstəyin artırılması, Avropanın müdafiəsinə investisiya qoyulmasının vacibliyini qeyd edib.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr